Tarix : 2023 Nov 20
Kod 64239

«Fəttah 2» hipersəs raketinin təqdimatı olub

İran İslam Respublikası Silhalı Qüvvələrinin ali baş komandanının iştirakı ilə «Fəttah 2» hipersəs raketinin təqdimatı olub.
arannews:parstoday-Bu təqdimat, İran İslam Respublikası Silhalı Qüvvələrinin ali baş komandanı İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələrinin nailiyyətləri sərgisində olarkən həyata keçirilib.

Sürüşmə qabiliyyətinə malik olan «Fəttah 2» hipersəs raketi hipersəs silahlar qrupunda təsnif edilir.

Dünyanın yalnız dörd ölkəsi, o sıradan İran İslam Respublikası bu tip hipersəs silahlar texnologiyasına malikdirlər.

Qeyd edək ki, İran İslam Respublikası Silhalı Qüvvələrinin ali baş komandanı Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər «Aşura» aerokosmik elm və fənlər universitetində olublar. O həzrət İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın aerokosmik qüvvələrinin son nailiyyətlərini nəzərdən keçiriblər.

  • Yazılıb
  • da (də) 2023 Nov 20
  • Göndərən رضا رستمی