Tarix : 2008 Aug 09
Kod 6424

ABŞ-dan RUSİYAYA ''DƏRHAL ÇƏKİL'' XƏBƏRDARLIĞI

Rays, ''ABŞ-ın, Gürcüstanın Cənubi Osetya bölgəsindəki silahlı qarşıdurma üçün dərhal bir atəşkəs elan edilməsi çağırışında olduğunu'' vurğulayıb
Russia Servisi/Aran Agentliyi
ABŞ Xarici işlər Naziri Kondoleezza Rays, Rusiyaya, Gürcüstandakı hərbiçilərini geri çəkməsi və Gürcüstana istiqamətli hava hücumlarını dayandırmasını tələb etdi.

İslam-Azerinin istinadlı xəbərinə görə,
Rays verdiyi açıqlamada, ''Rusiyanı, Gürcüstana döyüş təyyarələri və mərmilərlə icra edilən hücumları dayandırmağa, Gürcüstanın torpaq bütünlüyünə hörmət göstərməyə və Gürcü torpaqlarından hərbiçilərini geri çəkməyə çağırırıq'' ifadəsini istifadə edib.

Rays, ''ABŞ-ın, Gürcüstanın Cənubi Osetya bölgəsindəki silahlı qarşıdurma üçün dərhal bir atəşkəs elan edilməsi çağırışında olduğunu'' vurğulayıb.
  • Yazılıb
  • da (də) 2008 Aug 09