İran İslam Respublikasının xarici işlər naziri, Hüseyn Əmir-Abdollahian bazar günü gecə Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Qəzza zolağı və İordan çayının qərb sahilində baş verən hadisələri müzakirə edib və fikir mübadiləsi aparıb.
arannews:parstoday-Əmir-Abdullahian bu telefon danışığında sionist rejimin dinc əhaliyə qarşı davamlı hücumlarına toxunaraq deyib: Amerika müharibəni dayandırmağa çalışdığını iddia edir, amma əməldə Amerika-Sionist müharibəsinin intensivliyi və miqyasını gücləndirir. Xarici işlər naziri bəyan edib ki, 15 mindən çox mülki şəxs, qadın və uşaq və onlarla məhbusun şəhadəti sionist rejimin Qəzzada davamlı hücumları və kor-koranə bombardmanlarının nəticəsidir.
Qəzza və İordan çayının qərb sahili sakinlərinin etnik təmizləmə və məcburi köçünün qarşısının alınmasını vacib adlandıran Əmir-Abdullahian Rusiyanın regionda sülh və təhlükəsizliyin əldə olunmasında daha fəal rol oynamasının vacibliyini vurğulayıb və əlavə edib: Şübhəsiz ki, son nəticəni müqavimət müəyyən edəcək.
Rusiya xarici işlər naziri sionist rejimin hücumların dayandırılmasına qarşı çıxmasından narazılığını bildirib.
Sergey Lavrov həmçinin müharibənin dayandırılması və əsirlərin azad edilməsi üçün danışıqların davam etdiriləcəyini vurğulayıb.
Bu telefon danışığında tərəflər bəzi ikitərəfli məsələləri də müzakirə ediblər.