Ermənistanın baş naziri ölkəsinin Azərbaycan rəsmiləri tərəfindən “Qərbi Azərbaycan” adlandırılmasını sərt şəkildə tənqid edib.
arannewparstoday-Nikol Paşinyan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) İrəvanda keçirilən sessiyasında çıxışında deyib: “Ermənistan Respublikasının Azərbaycanda ən yüksək himayə və rəsmi səviyyədə “Qərbi Azərbaycan” adlandırılmağa başlaması son dərəcə şübhəlidir. Üstəlik, Ermənistan məktəblərdə, universitetlərdə, Azərbaycan mediasında belə təqdim olunur. Bu, Ermənistana qarşı yeni hərbi təcavüzün təşkilinə hazırlıq kimi görünür”. Baş nazirin sözlərinə görə, Ermənistanı “Qərbi Azərbaycan” adlandırmaq yeni hərbi təcavüzə hazırlıq əlamətidir və bu, həm də sülh prosesinin irəliləyişinə əsas maneələrdən biridir.
O, qeyd edib ki, İrəvan və Bakı hələ də müxtəlif diplomatik dillərdə danışır və bu iki ölkə çox vaxt bir-birini başa düşmür.
Azərbaycanın artıq razılaşdırılmış üç prinsipə heç vaxt ictimai istinad etmədiyini, həmin prinsiplərə sadiqliyini bir daha təsdiqləmədiyini vurğulayan Paşinyan qeyd edib ki, bu, inamsızlıq mühitini dərinləşdirir.