Tarix : 2023 Nov 21
Kod 64246

İsrail Şəfa xəstəxanasında yaralılar da daxil olmaqla 700 nəfəri həbs edib

Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı sözçüsü İsrail rejiminin hələ də Şəfa xəstəxanasında 259-u xəstə və yaralı olmaqla 700 nəfəri həbs etdiyini açıqlayıb
arannews:irna- Əşrəf əl-Qədərə deyib: Birləşmiş Millətlər Təşkilatına bağlı bir komitə Şəfa xəstəxanasını ziyarət edib. Amma bu insanların xəstəxanadan çıxarılması ilə bağlı heç bir irəliləyiş yoxdur və onlar xəstəxananın içində su, işıq və qidasız olaraq fəlakətli vəziyyətdədirlər.

O əlavə edib: İşğalçı rejim Şəfa  xəstəxanasındakı kimi yaralılardan İndoneziya xəstəxanasında da canlı qalxan kimi istifadə edə bilər. Onlar, həmçinin İndoneziya xəstəxanasını hərbi bazaya çevirə bilər.

#Fələstin Səhiyyə Nazirliyinin sözçüsü həmçinin deyib: Sionist rejim İndoneziya xəstəxanasının mühasirəsini gücləndirib.

  • Yazılıb
  • da (də) 2023 Nov 21
  • Göndərən رضا رستمی