Aran Radiosu Təəssüf ilə xəbər verir ki,bu gün Radiomuzun rəhbəri ağır xəstəlik nəticəsində dünyasını dəyişib.
arannews:parstoday-İran İslam Respublikasının radio və televiziyasının Peşəkar prodüseri “Məhəmməd Qazi Dehi” Ərdəbilin Imam Xomeyni (rə) xəstəxanasında dünyasını dəyişib. Rəhmətlik Qazi Dehi, Qafqaz məsələləri üzrə xüsüsi ilə Dini ədəbiyyat sahəsində tanınmış tədqiqatçılardan sayılır və bir neçə kitabın müəllifidir.
Məhəmməd Qazi Dehi, Aran Radiosunun yaradıcılarından olaraq Radionun bu günə qədər uğurlu fəaliyyətinə rəhbərlik etmişdir.
Aran Radiosunun həmkarları qayğıkeş müdirinin vəfatı ilə bağlı onun ailəsinə başsağlığı verir.