İran servisi/Aran Agentliyi
İranın MAQATE-dəki nümayəndəsi İranla Agentliyin iki günlük Tehran iclasını müsbət və konstruktiv dəyərləndirib. İranın MAQATE-dəki nümayəndəsi İranla Agentliyin iki günlük Tehran iclasını müsbət və konstruktiv dəyərləndirib.
İranın nümayəndə heyətinin başçısı Əliəsğər Soltaniyə Əl-Bəradeinin nüvə məsələləri üzrə müavini Olli Xeynonenin heyəti ilə apardığı iki günlük müzakirələrdə deyib: Cümə axşamı günü Tehranda Atom Enerji Şirkəti ilə Agentlik arasında aparılan bu müzakirələr konstruktiv, səmimi, texniki və elmi atmosferdə keçirildi.
Soltaniyənin sözlərinə görə, bu danışıqlarda İranla MAQATE əməkdaşlıqları haqda fikir mübadiləsi aparıldı.
İranın MAQATE-dəki nümayəndəsi habelə gələn həftələr də, bu müzakirələrin davam etməsi ehtimalından xəbər verib.
Əl-Bəradeinin nüvə məsəlləri üzrə müavini Olli Xeynonen və bu beynəlxalq təşkilatın nəzarət sisteminin regional məsələləri üzrə məsul şəxsi Herman Nakartes cümə axşamı və cümə günlərində İranın Atom Enerji Şirkəti ilə fikir mübadiləsi apardı . MAQATE-nin Baş Direktoru Məhəmməd Əl-Bəradei 2008-ci il avqustun ortalarında agentliyin idarə heyətinin sessiyası ərəfəsində İranın nüvə fəaliyyətləri və İranla MAQATE əməkdaşlıqları gedişatı haqda idarə heyətinin üzvlərinə digər bir hesabat təqdim edəcəkdir. İranın Atom Enerji Şirkətinin beynəlxalq məsələlər üzrə müavini Məhəmməd Səidi də, bu müzakirələri konstruktiv hesab edərək onu iki tərəfin bir-birlərini qarşılıqlı dərk etməsi mənasında dəyərləndirib.