İranın İngiltərədəki müvəqqəti işlər vəkili deyib: “Son 6 həftədə 2 milyona yaxın insan İngiltərənin Qəzzada İsrailin zorakılığına qeyd-şərtsiz dəstəyinə etiraz edib. Bu statistika Britaniya üçün nəyisə ifadə edirmi?”
arannews:irna-İran İslam Respublikasının İngiltərədəki müvəqqəti işlər vəkili Seyid Mehdi Hüseyni Mətin sosial şəbəkədəki şəxsi səhifəsində sionist rejim tərəfindən Qəzzə əhalisinin qətli və soyqırımına qarşı Londonda geniş ictimai etiraz dalğası haqqında görüntü paylaşaraq yazıb: “Londonda 6 həftə anti-İsrail yürüşləri və nümayişləri və hər dəfə (İngiltərə mənbələrinə görə) ən azı 300.000 nəfər; ümumilikdə, təxminən 2 milyon (1,8 milyon) ingiltərəli İsrailin Qəzzada zorakılığına qeyd-şərtsiz dəstək verilməsinə qarşı yürüş keçirib. Bu statistika Britaniya üçün nəyisə ifadə edirmi?”