Prezident BRİKS (inkişaf etməkdə olan iqtisadi güclər) liderlərinin fövqəladə iclasında ABŞ-ın bütün beynəlxalq təşkilatları yararsız hala saldığını bildirərək, sionistlərin cinayətlərinin dayandırılması üçün təkliflər verib.
arannews:irna-Ayətullah Seyid İbrahim Rəisi çərşənbə axşamı günü BRİKS liderlərinin fövqəladə şəkildə keçirilən vebinar iclasında Qəzzanı Qərbin mənəvi tənəzzülünün simvolu hesab edərək deyib: “Amerika və Qərbin Qəzzada soyqırım və körpə qətliamına hərtərəfli dəstəyi hər şeydən pisdir. İndiyədək 5500-ə yaxın məzlum uşaq öldürülüb, 41 min yaşayış binasına ziyan dəyib.” Prezident Qərbin şüarlarının yalan olduğunu və bu səbəbindən rüsvaylıq yaşadığını vurğulayaraq deyib: “Amerika, İngiltərə, Almaniya və Fransa hər gün sionist rejimə hər cür silah və bomba göndərir, atəşkəsə qarşı çıxırlar. Amerika hətta Qəzzaya bütün yardım yollarını bağlayıb və BMT Təhlükəsizlik Şurasını iflic vəziyyətinə salıb.”
Rəisi çıxışında BRİKS üzvü olan ölkələrə sionist rejimin cinayətlərini dayandırmaq və Qəzzə əhalisinə kömək etmək üçün təkliflər verib. O, BRİKS-ə üzv ölkələri Qəzza əhalisinə qarşı cinayətin dayandırılması məqsədi ilə BMT Baş Assambleyasında sionist rejim əleyhinə məcburi olan qətnaməyə dəstək verməyə çağırıb. Həmçinin bu qondarma rejimin terrorçu rejim, ordusunun isə terror təşkilatı kimi tanınmasını təklif edib.
İran prezidenti eləcə də, ABŞ-ı cinayətin ortağı olmaqda ittiham edib və BRİKS üzvlərindən istəyib ki, İsraildən başqa, ABŞ-nin da insanlıq əleyhinə cinayətlər törətdiyinə və körpələrin öldürülməsinə görə beynəlxalq məhkəmədə mühakimə olunmasına töhfə versinlər.
O, Qəzzanın blokadasını yarmaq və bu bölgəyə humanitar yardım göndərmək üçün daimi və təhlükəsiz marşrut yaratmaq məqsədilə BRİKS üzvlərini kollektiv fəaliyyətə çağırıb.
Rəisi deyib: “BRİKS üzvləri xüsusi beynəlxalq missiya yaratmaqla, bu rejim başçılarının və məmurlarının cəzalandırılması üçün əsaslar təmin etmək məqsədilə bu cinayəti dərhal araşdırmalı və onun hesabatını ictimaiyyətə açıqlamalıdır və BRİKS üzvləri sionist rejimlə siyasi, iqtisadi və hərbi əlaqələrinin tamamilə kəsilməsini dərhal gündəmə gətirməlidirlər.
O, həmçinin BRİKS üzvü olan ölkələr tərəfindən Fələstin xalqının özünü müdafiə etmək hüququnun tanınmasını istəyib.