Tarix : 2023 Nov 22
Kod 64253

İran Xarici İşlər Nazirliyinin sözçüsü: jurnalistlərin öldürülməsi dünyanın oyanmış vicdanında Fələstin xalqının məzlumluq fəryadının əks-sədasını susdurmur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Sionist cinayətkarlar jurnalistləri, raviləri və həqiqəti təsvir edənləri qətlə yetirmək və qəsdən öldürməklə Fələstin xalqının məzlumluq fəryadının dünyanın oyaq vicdanında əks-sədasını susdura bilməzlər.
arannews:parstoday-İran Xarici İşlər Nazirliyinin sözçüsü “Nasir Kənani Çafi” “X” sosial şəbəkəsində sionist rejimin Livanın cənubuna hücumlarında “Əl-Məyadin” telekanalının iki jurnalistinin şəhadti ilə bağlı , “Əl-Məyadin” şəbəkəsinin rəhbərlərinə və əməkdaşlarına, həmçinin bu iki şəhidin ailələrinə başsağlığı verib.

Çərşənbə axşamı Livanın cənubunda sionist rejimin bombardmanlarında Livanın Əl-Məyadin telekanalının iki jurnalisti şəhid olub.

Əl-Məyadin kanalının verdiyi xəbərə görə, sionist rejim Livanın cənubunda bu telekanalın xəbər komandasını birbaşa hədəfə alıb.

  • Yazılıb
  • da (də) 2023 Nov 22
  • Göndərən رضا رستمی