İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Sionist cinayətkarlar jurnalistləri, raviləri və həqiqəti təsvir edənləri qətlə yetirmək və qəsdən öldürməklə Fələstin xalqının məzlumluq fəryadının dünyanın oyaq vicdanında əks-sədasını susdura bilməzlər.
arannews:parstoday-İran Xarici İşlər Nazirliyinin sözçüsü “Nasir Kənani Çafi” “X” sosial şəbəkəsində sionist rejimin Livanın cənubuna hücumlarında “Əl-Məyadin” telekanalının iki jurnalistinin şəhadti ilə bağlı , “Əl-Məyadin” şəbəkəsinin rəhbərlərinə və əməkdaşlarına, həmçinin bu iki şəhidin ailələrinə başsağlığı verib. Çərşənbə axşamı Livanın cənubunda sionist rejimin bombardmanlarında Livanın Əl-Məyadin telekanalının iki jurnalisti şəhid olub.
Əl-Məyadin kanalının verdiyi xəbərə görə, sionist rejim Livanın cənubunda bu telekanalın xəbər komandasını birbaşa hədəfə alıb.