Tarix : 2023 Nov 24
Kod 64257

İran yeni hipersəs raketini təqdim edib - Fəttah-2 + FOTO

İkinci mərhələsi konusvari formada hazırlanmış və ballistik mərmilərə bənzəyən birinci tip Fəttahdan fərqli olaraq “Fəttah 2” fərqli dizaynda istehsal edilmişir.
arannews-ın məlumatına görə Fəttah 2-də ikinci mərhələ hipersəs kruizlərinə bənzər bir formaya malikdir və bu, təbii ki, ona müəyyən sürüşmə (planer) uçuş qabiliyyəti verir. Sferik qatı yanacaq mühərrikindən istifadə edən Fəttahdan fərqli olaraq, “Fəttah 2” hidrazin yanacağı olan maye yanacaqlı raket mühərrikindən istifadə edir. Görünür, bu maye yanacaqlı mühərrik “Fəttah 2” üçün xüsusi olaraq hazırlanmış yeni dizayndır. Bu mühərrikin köməyi ilə “Fattah 2” atmosferdə mürəkkəb və gözlənilməz marşrutları keçə bilir, habelə maye yanacaqlı mühərriki isə itələmə gücünü tənzimləmək qabiliyyətinə malikdir ki, bu da uçuş yolunu optimallaşdırmağa və daha geniş diapazona və uçuş sürətinə daha yaxşı nəzarət etməyə çox kömək edir.
 
 
 
Fəttah 2-nin ikinci mərhələsinin daxili komponentlərində iki yanacaq çəni və mayeni qızılı rəngə oksidləşdirici hissəni görmək olar.
Əvvəlki versiya kimi, “Fəttah 2” də “Xeybərşekən” raketinin mühərrikinə bənzər ilkin sürətləndirici mühərrikə malikdir, onu yerdən ayırır və bir neçə yüz kilometr məsafəyə və yüksək hündürlüyə qaldırır. Bu mühərrikin işinin bitməsi ilə ikinci mərhələ ayrılır və onun maye yanacaq mühərriki işə salınır və raket hücum mərhələsinə hazırlanır.
Aydındır ki, Fəttah 2 yenidən atmosferə girməklə qanadlı raketlər kimi uçuş yolunun formasını seçə və istənilən vaxt manevr edərək hədəfə doğru və ya düşmənin Raket Əleyinə Müdafiə (RƏM) sistemlərini çaşdırmaq üçün yeni bir marşuruta girə bilər.
 
 
Fəttah 2-nin ikinci mərhələsinin yuxarısında idarəetmə qanadı
Fəttah 2-nin qanadlarının kənarlarının qalınlığı, eləcə də burnunun ucunun özlüyündə bu mərminin səsdən 5 dəfəyə qədər sürətlə uçuş və idarəolunma üçün hazırlandığını göstərir ki, milli media xəbərlərində bu yeni silahın sürəti səsdən 5 dəfəyə qədər sürətdə olduğu bildirildi. Bu sürət özü-özlüyündə düşmənin RƏM sistemləri üçün böyük problemdir, o ki qalmışdı, gözlənilməz manevr qabiliyyəti ilə birləşərək həmin sistemlərin axtarış və izləmə alqoritmlərini sıradan çıxarsın.
Yayımlanan görüntülərə görə, Fattah 2-nin yalnız aerodinamik qanadlardan istifadə etməklə istiqaməti idarə etmək və dəyişmək qabiliyyətinə malik olduğu və mühərrikindəki hərəkətli ucluqdan istifadə olunmadığı görünür. Nəticədə, SEPAH-ın Aerokosmik Qüvvələrinin komandirinin Ali Baş Komandana izahı əsnasında qeyd etdiyi kimi, Fəttah 2 atmosferdə düşmənə hücum etmək üçün hazırlanmışdır.
Qeyd edildiyi kimi, iranlı mütəxəssislər Fəttah 2-nin görünüşünün dizaynında orijinal Fəttahın konusvari formasından və dairəvi kəsiklərindən kənara çıxmış və aerokosmik elmlər sahəsində aparıcı ölkələrin hipersəs raketlərinin müasir dizaynlarına çox yaxın görünüşə malik bir gövdə ərsəyə gətirmişlər.
Bu raketin gövdəsinin formasına görə, bu tip mərmilər üçün daha uzun məsafələr qət etmək asan olacaq.

 
Fəttah 2-nin ikinci mərhələsi və onun tam raketi
Gövdənin daha mürəkkəb forması olduğundan, Fəttah 2-də gövdənin xaricində quraşdırılmış idarəetmə qanadlarının quraşdırma vəziyyətində simmetriya yoxdur ki, bu da əvvəlki Fəttah nümunəsindəki çarpaz düzülmüş qanadlarla müqayisədə fərqli elmi və hesablama mərhələlərindən keçməyi zəruri edib; İran İnqilab Keşikçiləri Aerokosmik Qüvvələrinin mütəxəssisləri sanki bu problemi həll etməkdə çətinlik çəkməmiş və bu dizayna üstünlük vermişlər. Beləliklə, iki aşağı qanad üfüqi müstəvidə yerləşdirilərək lift vəzifəsini yerinə yetirir və iki üst qanad şaquli sükana bənzər funksiya üçün V formalı birləşmə formasında dizayn edilmişdir.
Hava hücumundan müdafiə sistemlərinə və kritik düşmən obyektlərinə atmosferdən kənardan hücum etmək vəzifəsi daşıyan əvvəlki Fəttah nümunəsi ilə taktiki birləşmədə Fəttah 2, düşmənin erkən xəbərdarlıq sistemlərinin müşahidə zonası xaricində hədəfə çatmaq üçün atmosferdə hərəkət edir.


Fəttah 2, manevr etmək və hərəkət istiqamətini dəyişdirmək qabiliyyətinə görə, düşmənin havadan erkən xəbərdarlıq və nəzarət (AEW & C) sistemləri tərəfindən görüldüyü təqdirdə, qarşı tərəfin müdafiə sisteminə əks fəaliyyət üçün kifayət qədər fürsət vermir və onları hücumçunun təhdidini dəf etmək üçün uyğun bir yol hazırlamaq üçün daim yeni mövqeyini yeniləməyə məcbur edir. Halbuki, Fəttah 2-nin yaxın bir neçə saniyədə hansı yeni istiqamətə hərəkət edəcəyi bəlli deyil. Nəticədə, dünyanın ən yaxşı hava qüvvələrinin belə bir hücumçuya qarşı müdafiəsi praktiki olaraq mümkün olmayacaq.
  • Yazılıb
  • da (də) 2023 Nov 24
  • Göndərən رضا رستمی