Tarix : 2023 Nov 24
Kod 64260

HƏMAS: Müqaviməti dəstəklədiyi üçün İrana təşəkkür edirik - Düşmənə atəşkəsi qəbul etdirdik

HƏMAS-ın Livandakı nümayəndəsi deyib: “Biz İrana müqavimətin yanında olduğuna və işğalçılara qarşı onu dəstəklədiyinə görə təşəkkür edirik.”
arannews:irna-HƏMAS-ın Livandakı nümayəndəsi Əhməd Əbdülhadi bu gün Beyrutda İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyanın iştirakı ilə keçirdiyi mətbuat konfransında deyib: “Biz İrana müqavimətin yanında olduğuna və işğalçılara qarşı onu dəstəklədiyinə görə təşəkkür edirik.”

Əhməd Əbdülhadi əlavə edib: “Fələstin müqaviməti quru döyüşlərində böyük qələbələr qazandı.”

HƏMAS səlahiyyəylisi İran İslam Respublikasının Fələstin müqavimətinə siyasi dəstək səylərinə və müqavimət oxunun dəstəyinə toxunaraq dedi: “Bütün bunlar İran İslam Respublikasının başda dayandığı müqavimət oxu və səyləri ilə həyata keçir.”

  • Yazılıb
  • da (də) 2023 Nov 24
  • Göndərən رضا رستمی