Tarix : 2023 Nov 26
Kod 64265

İran xarici işlər naziri regionda təhlükəsizlik və sabitliyin bərqərar olacağına ümid etdiyini bildirib

İranın xarici işlər naziri Qəzza zolağında atəşkəsin yaradılması və fələstinli qadın və uşaqların azad edilməsi və əsirlərin mübadiləsi ilə regionda sabitlik və təhlükəsizliyin bərqərar olacağına ümid etdiyini bildirib.
arannews:parstoday-İranın xarici işlər naziri Hüseyn Əmirəbdollahian Qəzza zolağında atəşkəsin başlanmasına verdiyi ilk reaksiyada sionist rejimin məzlum Fələstin xalqına qarşı cinayətlərinin dayandırılmasından məmnunluğunu ifadə edib və deyib: : Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) davranışı məntiqli və humanistdir.

Əmir Abdullahian Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Qətərdəki siyasi ofisinin rəhbəri İsmayıl Haniyə ilə görüşü barədə deyib: Həmas müharibənin əvvəlindən mülki məhbusları azad etməkdə qərarlı idi, lakin İsrail tərəfi müharibə qızışdırmaq  üçün bu məsələnin qarşısını aldı. .

  • Yazılıb
  • da (də) 2023 Nov 26
  • Göndərən رضا رستمی