Türkmənistan və Azərbaycan Respublikası gömrük nümayəndələri və Türkiyə Ticarət Nazirliyinin nümayəndəsi ticarət mübadiləsini asanlaşdırmaq məqsədi ilə üçtərəfli görüş keçirib.
arannews:parstoday-Fars xəbər agentliyinin məlumatına görə, Türkmənistan, Azərbaycan və Türkiyə Ticarət Nazirliyinin gömrük xidmətlərinin nümayəndələrinin üçtərəfli görüşü virtual olaraq türkmən tərəfinin təşəbbüsü ilə keçirilib. Bu görüşün əsas məqsədi üç ölkənin hökumətləri arasında gömrük əməkdaşlığı üzrə birgə məsləhət komissiyasının yaradılması ilə bağlı anlaşma memorandumunun həyata keçirilməsi olub.
Bu üç ölkənin nümayəndələri məlumat mübadiləsi, ilk görüşün yeri və vaxtı, eləcə də gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələri ilə bağlı məlumatlar ətrafında fikir mübadiləsi aparıblar.
Bu sənədin imzalanmasında məqsəd malların sürətli daşınmasını asanlaşdırmaq, məlumat mübadiləsi və üçtərəfli ticarətin inkişafı və əməkdaşlığın gücləndirilməsi üçün əlverişli şərait yaratmaqdır.