Fələstin xalqının minlərlə tərəfdarı artıq ardıcıl olaraq yeddinci həftədir ki, Britaniya paytaxtının küçələrində etiraz aksiyası keçirib, sionist rejimin Qəzzada törətdiyi cinayətləri pisləyərək, bu zolaqda qarşıdurmaların tam və daimi dayandırılmasını tələb ediblər.
arannews:irna-müxtəlif millətlərdən, dinlərdən və təbəqələrdən olan etirazçılar Fələstin bayrağını qaldırıblar, bu ölkənin məzlum və müdafiəsiz xalqına dəstəklərini nümayiş etdirdilər. Bəzi etirazçılar fələstinli uşaqların qətliamına etiraz əlaməti olaraq qırmızı qanla boyanmış ağ parçaları qucaqlayıblar. İştirakçılar Park Lane ərazisində keçirilən aksiyadan sonra Londonun mərkəzi küçələri ilə yürüş ediblər, şüarlar səsləndirərək, İngiltərə hökumət rəsmilərinin Fələstin xalqının qətliamına qarşı ölümcül susqunluğunu pisləyiblər.