Az.R. Milli Təhlükəsizlik Nazilriyinin əməkdaşlarının həyata keçirdikləri xüsusi əməliyyatda Samir Dadaşov nəzarətə alınıb və nazirliyin istintaq təcridxanasına aparıblar
Azərbaijan Servisi/Aran Agentliyi
Az.R-da İqtisadi İnkişaf Nazirliyinin rəsmilərinin bəzisi korrupsiyada ittihamlandırılaraq həbs olunub. Az.R-nın hüquq mühafizə orqanları, ölkənin anti inhisar dövlət xidmətinin rəhbəri Samir Dadaşov və İqtisadi İnkişaf Nazirliyinin rəsmilərinin bir neçəsinin həbs olunmasından xəbər verib.
Samir Dadaşov və İİN-nin rəsmilərinin bir neçəsi bir sahibkardan 2 min dollar məbləğində rüşvət alarkən yaxalanıb . Daxil olan məlumata görə, Az.R. Milli Təhlükəsizlik Nazilriyinin əməkdaşlarının həyata keçirdikləri xüsusi əməliyyatda Samir Dadaşov nəzarətə alınıb və nazirliyin istintaq təcridxanasına aparıblar. Nazirliyin əməkdaşları Dadaşovdan savayı onun müavini Yalçın Məmmədov, xidmətin rəqabətin qorunması sektoru müdiri İlham Şahmirza və həmin sektorun baş məsləhətçisi İdrak Əliəkbərovu rüşvət xorluq ittihamı ilə həbs edərək ölkə məhkəməsinə təhvil veriblər. Hal-hazırda faktla bağlı hərtərəfli araşdırmalara başlanılıb.