İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdollahian və Türkiyə XİN rəhbəri Hakan Fidan arasında telefon danışığında Fələstin hadisələri və bəzi ikitərəfli məsələlər müzakirə edilib.
arannews:parstoday-Əmir Abdullahiyan bu telefon danışığında sionist rejimin Qəzza və İordan çayının qərb sahilində Fələstin xalqına qarşı cinayətlərinin tamamilə dayandırılmasının vacibliyini vurğulayıb və deyib ki, İran və Türkiyənin digər İslam ölkələri ilə birlikdə Fələstin xalqına dəstək üçün daha güclü tədbirlər görməsi lazımdır. O, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın artan tendensiyasından məmnunluğunu ifadə edərək, iki ölkə arasında yüksək səviyyəli diplomatiyanın davam etdirilməsi ilə birgə əməkdaşlığın möhkəmlənməsinin və dərinləşməsinin şahidi olacağımıza ümidvar olduğunu bildirib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan da Türkiyənin Qəzzada atəşkəsi davam etdirmək əzmində olduğunu vurğulayıb.
O, həmçinin İran və Türkiyə arasında ikitərəfli münasibətləri çox zəngin və müxtəlif ölçülərə malik hesab edib və iki ölkənin yüksək vəzifəli şəxsləri arasında məsləhətləşmələrin və görüşlərin davam etdirilməsinin əlaqələrin inkişafında mühüm rol oynayacağını qeyd edib.