ABŞ Dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
arannews:parstoday-ABŞ Dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Tərəflər ABŞ-ın Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülh sazişinin əldə edilməsi səylərinə dəstəyini müzakirə ediblər.
Blinken ABŞ-ın Ermənistanla ikitərəfli əməkdaşlığı artırmaq səylərini qeyd edib.
Qeyd edək ki, Amerika hökumətinin yüksək rütbəli rəsmiləri ABŞ-ın Qafqaz regionu ölkələrinin işlərinə qarışmaq səylərinə uyğun olaraq Vaşinqtonun Azərbaycan Respublikası ilə Ermənistan arasında sülhə nail olmaq səylərini həmişə iddia ediblər.