Tarix : 2023 Nov 29
Kod 64282

Yaxın 15 gün ərzində sülh sazişi bağlaya bilərik - Simonyan

Simonyan Ermənistan tərəfinin Bakıya sülh sazişinin daha bir redaktə edilmiş variantını təhvil verdiyini xatırladıb
arannews: Sputnik. Bakı siyasi iradə göstərsə, Ermənistan və Azərbaycan yaxın 15 gün ərzində sülh sazişi bağlaya bilər. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.
"Yaxın 15 gün ərzində, əgər Azərbaycan hakimiyyəti həqiqətən də siyasi iradə nümayiş etdirsə, sülh sazişi imzalana bilər.Biz demək olar ki, bütün fundamental məsələlərdə razılığa gəlmişik. Prosesə xələl gətirmək üçün təfərrüatları açıqlamaq istəmirəm", - deyə o bildirib.
Simonyan Ermənistan tərəfinin Bakıya sülh sazişinin daha bir redaktə edilmiş variantını təhvil verdiyini xatırladıb və əlavə edib ki, top indi Azərbaycanın meydançasındadır.
  • Yazılıb
  • da (də) 2023 Nov 29
  • Göndərən رضا رستمی