- İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri və Səudiyyə Ərəbistanının Müdafiə naziri Xalid bin Salman arasında hər iki tərəfi maraqlandıran məsələlər ətrafında telefon danışığı olub.
arannews;irna-Bu danışıqda general-mayor Baqiri iki ölkə arasında dostluq əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib, İslam ölkələri başçılarının fövqəladə zirvə toplantısına ev sahibliyi etdiyinə görə Səudiyyə Ərəbistanı hökumətinə minnətdarlığını bildirib və İran İslam Respublikasının Silahlı Qüvvələrinin iki ölkə arasında hərbi əlaqələri inkişaf etdirməyə hazır olduğunu açıqlayıb. Səudiyyə Ərəbistanının Müdafiə naziri də iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlıq səviyyəsinin yüksəldilməsini alqışlayıb.