Tarix : 2023 Dec 01
Kod 64293

İran Quru Qoşunlarının komandanı: İran İslam Respublikası Ordusu 23 müdafiə xəttində özünü təmin edir və ixraca hazırdır

İran İslam Respublikası Quru Qoşunlarının komandanı bu qüvvələrin 23 müdafiə xəttində özünü təmin etmək və bu texnologiyaların ixracı sahəsində hazırlıq gördüyünü açıqlayıb.
arannews:parstoday-İranın Radio və Televiziya xəbər agentliyinin məlumatına görə, İran İslam Respublikası Ordusunun quru qüvvələrinin komandanı briqada generalı Kiyumərs Heydəri Tehranın şərqindəki Semnan vilayətinin Şahrud şəhərind deyib: Bu gün İran İslam Respublikası Ordusu texnika, helikopter silahları, raketlər, PUA-lar və hər cür Elektron müharibə sistemləri və bu texnologiyaların tamamlayıcı dövrələri baxımından 23 müdafiə xəttində özünü təmin edir və ixraca doğru irəliləyir.

İran İslam Respublikası quru qoşunlarının komandanı bu qüvvələrin ölkə sərhədlərində və İranın təhlükəsizlik orqanında mövcudluğuna toxunaraq deyib: Bu mövcudluq kəşfiyyat əhatəsi təmin etmək və ölkənin təhlükəsizliyini gücləndirmək üçündür.

İran İslam Respublikası Ordusu ölkənin müdafiə və hərbi qüdrətinin gücləndirilməsində mühüm rol oynayır və müxtəlif sahələrdə həmişə İran İslam Respublikasının mənafeyini müdafiə edib.

  • Yazılıb
  • da (də) 2023 Dec 01
  • Göndərən رضا رستمی