Tarix : 2023 Dec 02
Kod 64294

Amerika və İsrail müharibəyə qayıtmağın ağır nəticələrini düşünməyiblər - Qəzzaya hücumlar dərhal dayandırılmalıdır

Əmir Abdullahian Vaşinqton və İsrailin müharibəyə qayıtmağın ağır nəticələrini düşünmədiklərinə işarə edərək yazıb: Son sözü hərbi gəminin varlığı demir, “fələstinlinin iradəsi” deyir. Çox gec olmadan Qəzzaya hücumları dərhal dayandırın.
arannews:irna-ölkəmizin xarici işlər naziri “Hüseyn Əmir Abdullahian” kiberməkanda yazıb: “Atəşkəsin davam etdirilməsi, Qəzzaya irimiqyaslı humanitar yardımların göndərilməsi və hər iki tərəfin əsirlərinin mübadiləsindən başqa heç bir həll yolu yoxdur”. 

O, daha sonra vurğuladı: Əsirlər müharibə ilə azad edilmir, əksinə bombardmanlarda öldürülürlər. Vaşinqtonla Təl-Əvivin müharibəni davam etdirməsi Qəzzada və İordan çayının qərb sahilində yeni soyqırım deməkdir. Görünür, onlar müharibəyə qayıtmağın ağır nəticələri barədə düşünmürlər.

Ölkə diplomatiyasının rəhbəri yazıb: Son sözü hərbi gəminin varlığı demir, “fələstinlinin iradəsi” deyir. Çox gec olmadan Qəzzaya hücumları dərhal dayandırın.

  • Yazılıb
  • da (də) 2023 Dec 02
  • Göndərən رضا رستمی