Tarix : 2023 Dec 02
Kod 64295

İranın Azərbaycan Respublikasındakı səfiri: “Araz yolu” dəhlizi Tehran və Bakı başçıları tərəfindən vurğulanır

İranın Azərbaycan Respublikasındakı səfiri “Araz Yolu” dəhlizini iki ölkə liderləri tərəfindən vurğulanan mövzu hesab edib və deyib:İran İslam Respublikası və Azərbaycan Respublikası prezidentləri son görüşlərdə “Araz Yolu” dəhlizinin yaradılmasına dair razılaşmanın həyata keçirilməsini vurğulayıblar.
arannews:oarstoday-İran hökuməti əlaqələrin hərtərəfli inkişafını və Araz Yolu Dəhlizi Sazişinin həyata keçirilməsini istəyir

Bunu İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Araz dəhlizinin ixtisaslaşdırılmış iclasında deyib və bildirib ki,İran və Azərbaycan Respublikası arasında münasibətlərin yeni mərhələsi başlayıb.

Musəvi əlavə edib: Qarabağın Azərbaycan Respublikası ərazisinə tam birləşdirilməsindən sonra Qafqazda sülh və atəşkəs haqqında müxtəlif rəvayətlər gündəmə gətirilir və bu arada qərb ölkələri öz yalan rəvayətləri əsasında İranı bu regionun tənliklərindən çıxarmaq məsələsini davam etdirməyə çalışırdılar amma müxtəlif səviyyələrdə həyata keçirilən silsilə tədbirlərlə bu müzakirə gündəmdən çıxarılıb.

İranlı diplomat deyib: Hər kəs etiraf edir ki, Zəngəzur dəhlizi povesti kimi rəvayətlər həyata keçirilə bilməz və İran və Azərbaycan Respublikası arasında “Araz yolu” dəhlizinin yaradılmasına dair razılaşma böyük fürsətdir ki milli və hətta beynəlxalq perspektivlə həyata keçirilməlidir.

İran və Azərbaycan Respublikası arasında razılaşmaya əsasən, Azərbaycan tərəfinin sərmayəsi ilə Araz çayı üzərində dəmir yolu xətti üçün körpü tikiləcək; Bu körpü Araz çayı üzərində yol olan Ağbənd körpüsünə paralel tikiləcək.

  • Yazılıb
  • da (də) 2023 Dec 02
  • Göndərən رضا رستمی