Tarix : 2023 Dec 04
Kod 64299

Əmir Abdullahian: İslam ölkələri sionistlərin cinayətlərinin qarşısını almaq üçün səylərini artırmalıdır

İran və Omanın xarici işlər nazirləri telefon danışığı zamanı Qəzzadakı son hadisələri müzakirə edib.
arannews:irna-ölkəmizin xarici işlər naziri Əmir Abdullahian Omanın Xarici İşlər naziri ilə telefon danışığı zamanı Qəzzadakı son hadisələr barədə məsləhətləşmə və müzakirə aparıb və deyib: Sionist rejimin Qəzza xalqına qarşı hərbi cinayətlərini bərpa etməsi bu saxta rejimin beynəlxalq tələblərə və dünya ictimai rəyinə məhəl qoymadığını göstərir.

Ölkəmizin xarici işlər naziri vurğuladı: Bütün İslam ölkələrinin bu cinayətlərin qarşısını almaq üçün səylərini artırması lazımdır.

Oman Sultanlığının xarici işlər naziri Seyid Bədr əl-Busəidi də müharibənin yenidən alovlanmasını və regionda yayılmasını təəssüfləndirici adlandırıb.

  • Yazılıb
  • da (də) 2023 Dec 04
  • Göndərən رضا رستمی