İran və Omanın xarici işlər nazirləri telefon danışığı zamanı Qəzzadakı son hadisələri müzakirə edib.
arannews:irna-ölkəmizin xarici işlər naziri Əmir Abdullahian Omanın Xarici İşlər naziri ilə telefon danışığı zamanı Qəzzadakı son hadisələr barədə məsləhətləşmə və müzakirə aparıb və deyib: Sionist rejimin Qəzza xalqına qarşı hərbi cinayətlərini bərpa etməsi bu saxta rejimin beynəlxalq tələblərə və dünya ictimai rəyinə məhəl qoymadığını göstərir. Ölkəmizin xarici işlər naziri vurğuladı: Bütün İslam ölkələrinin bu cinayətlərin qarşısını almaq üçün səylərini artırması lazımdır.
Oman Sultanlığının xarici işlər naziri Seyid Bədr əl-Busəidi də müharibənin yenidən alovlanmasını və regionda yayılmasını təəssüfləndirici adlandırıb.