baş vermiş silahlı toqquşmalardan sonra yüzlərlə adam qorxudan Cənubi Osetiya məntəqəsindən qaçmış və əmin-amanlı bir yer tapmaq üçün Gürcüstan və Rusiyanın digər məntəqələrinə üz tutublar
Gürcüstan Servisi/Aran Agentliyi
Cənubi Osetiyada baş vermiş münaqişələrdə minlərlə nəfər didərgin düşüb. Cümə günü səhər çağı avqustun 8-də başlanılan Gürcüstanın Rusiya və Cənubi Osetiya ilə bağlı toqquşmalar minlərlə mülkinin didərgin düşməsinə səbəb olub.
BMT-nin Qaçqın Məsələləri üzrə Ali Komissarının bildirdiyinə görə, baş vermiş silahlı toqquşmalardan sonra yüzlərlə adam qorxudan Cənubi Osetiya məntəqəsindən qaçmış və əmin-amanlı bir yer tapmaq üçün Gürcüstan və Rusiyanın digər məntəqələrinə üz tutublar.
Gürcüstanın Daxili İşlər Nazirliyi Rusiya hərbi hava donanmasının paytaxta yaxın 3 hərbi bazaya hücum etmələrini, habelə Bakı-Tiblis-Ceyhan borukəmərinin ətrafında istrateji əhəmiyyətli məntəqələri hədəfə almalarından xəbər verib.
Gürcüstanın prezidenti Mixail Sakaaşvili cümə günü CNN telekanalı ilə müsahibədə deyib: Qərb oyanmalı və Gürcüstanda vəziyyətin həddindən artıq mürəkkəb olmasını dərk etməlidir.
Rusiyanın prezidenti Dimitri Medvedyev Moskvanın, Gürcüstanın Cənubi Osetiya məntəqəsində öz vətəndaşlarını himayə ilə bağlı öhdəliklərinə təkid edərək söz verib ki, regionda Rusiya vətəndaşlarının ölümünün amillərini cəzalandırsın.
Medvedyev dünən televiziya söhbətində Gürcüstan hərbçilərinin Cənubi Osetiya məntəqəsinə qarşı hücumlarına işarə edərək deyib: Bu təcavüz xarakterli hərəkət beynəlxalq qanunları həyasızcasına pozur. Ancaq Rusiya daim Qafqaz bölgəsi xalqının təhlükəsizliyinə zəmanət verici olmuşdur və gələcəkdə bu rolu qoruyacaq.