Tarix : 2023 Dec 05
Kod 64302

Baydenin İran və müqaviməti dayandırmaq siyasəti iflasa uğradı - İranın dəstəyini yüksək qiymətləndiririk

Fələstin İslami Cihad Hərəkatının İrandakı nümayəndəsi Baydenin İran və müqaviməti dayandırmaq siyasətinin iflasa uğradığını bəyan edərək, İran İslam Respublikasına müqavimətə göstərdiyi siyasi, diplomatik və mənəvi dəstəyə görə təşəkkür edib və regionun digər ölkələrini İrandan nümunə götürməyə çağırıb.
arannews:irna-Nasir Əbu Şərif mətbuat konfransında deyib: “Qəzza müharibəsində təsirli tərəflərdən biri ABŞ başda olmaqla Qərb ölkələridir.”

Fələstin İslami Cihad Hərəkatının təmsilçisi bütün dünyada sionist rejimin cinayətlərini pisləyən xalq nümayişlərinə toxunaraq əlavə edib: “Sionist rejimin yaranmasından əvvəl də qlobal sionist hərəkatı fələstinliləri köçürmək planını izləyirdi. Misir qəti şəkildə bəyan etməlidir ki, belə bir planı həyata keçirməyə çalışmaq müharibə elan etmək deməkdir.”

Livan Hizbullah Hərəkatının işğal olunmuş ərazilərə hazırkı hücumlarını təlim kimi qiymətləndirən Əbu Şərif qeyd edib ki, Amerika və İsrailin ağlı olsa, Livan Hizbullahı müharibəyə getməyəcəklər.

O, sonra deyib: “İslam ölkələrinin cəmiyyətləri hökumətlərə təzyiq göstərmək və onları hərəkətə keçməyə məcbur etmək üçün nümayiş keçirməyə çalışmalıdır.”

Fələstinli siyasi fəal deyib: “İran İslam Respublikasına siyasi, diplomatik və mənəvi dəstəyə görə təşəkkür edirik. Regionun digər ölkələri də müqavimət oxundan və İrandan nümunə götürməlidirlər, çünki sionist rejim hamı üçün təhdiddir.”

Əbu Şərif vurğulayıb: “Bəzi ölkələr sionist rejimə sanksiya tətbiq edərək onunla diplomatik əlaqələri kəsdilər, bu addım digər ölkələr tərəfindən də atılmalıdır.

  • Yazılıb
  • da (də) 2023 Dec 05
  • Göndərən رضا رستمی