Tarix : 2008 Aug 09
Kod 6431

Rusiya gürcü-osetin münaqişə zonasında iki hərbi təyyarəsinin vurulduğunu təsdiqləyib

vurulanlar Su-25 və Tu-22 tipli təyyarələrdir
Gürcüstan Servisi/Aran Agentliyi
Rusiya gürcü-osetin münaqişə zonasında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus iki hərbi təyyarəsinin vurulduğunu təsdiqləyib. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini Anatoli Naqolitsınin sözlərinə görə, vurulanlar Su-25 və Tu-22 tipli təyyarələrdir. Pilotların taleyi barədə hələlik heç bir məlumat yoxdur.
Qeyd edək ki, Reuters agentliyi gürcü hərbiçilərinə istinadən rusiyalı pilotun əsir düşdüyünü bildirib. Hələlik informasiya təsdiqlənməyib.
Gürücüstan hərbiçiləri isə Rusiya hava qüvvələrinə məxsus 10-a yaxın təyyarəni məhv etdiklərini deyirlər. Tanınmamış Cənubi Osetiya Respublikasının paytaxtı Tsxinvalidə iki gürcü təyyarəsinin vurulduğunu bildirirlər.
  • Yazılıb
  • da (də) 2008 Aug 09