Tarix : 2023 Dec 07
Kod 64313

Təbrizdə Elgölü parkında azərbaycanlı ailənin olması ilə bağlı xəbər yalandır

Təbrizdəki Elgölü parkında azərbaycanlı ailənin qalması ilə şübhəli xəbəri yalandır və daha təəccüblü odur ki, Azərbaycan Respublikasının rəsmi və hökumət mərkəzlərində bu şübhəli və yalan xəbərə reaksiya davam edir.
Aran Xəbər Agentliyi müxbirinin verdiyi məlumata görə, ötən günlərdə Azərbaycanın bəzi internet saytlarında, eləcə də kiberməkanda azərbaycanlı ailənin xəstə övladı ilə birlikdə Təbrizin Elgölü parkında olması və bu parkda çadırda yaşaması ilə bağlı xəbərlər yer alıb. Aran Xəbər Agentliyi müxbirinin, həmçinin sözügedən parkın rəhbərlərinin verdiyi məlumata görə, bu xəbərin düzgünlüyü təsdiqini tapmayıb. Görünür, bu xəbər tamamilə yalandır və bununla bağlı heç bir fakt tapılmayıb.
Qeyd edək ki, bununla bağlı mətbuatda yayılan yeganə fotoda bu parkda yalnız səyahət çadırının şəkli dərc olunub və belə bir olayın yaşandığını göstərən başqa heç bir sübut yoxdur. Ancaq bu yazıya baxmayaraq, dünən, 4 dekabr 2023-cü il tarixində Xarici İşlər Nazirliyinin mətbuat xidməti şöbəsinin rəhbəri Ayxan Hacızadə “APA”-nın sorğusuna cavab olaraq deyib: “Azərbaycan Respublikasından Təbrizə övladlarını müalicə üçün aparan və ölkəyə geri qayıda bilməyən, Elgölü parkında çadırda qalan ailə ilə Baş konsulluğumuz təmasdadır. sözügedən ailənin Azərbaycan Respublikasına quru yolu ilə girişinə müvafiq icazə verilsə də, onlar hələ müalicənin davam etdiyini bildiriblər.”
PS: Azərbaycan vətəndaşının Təbrizin Elgölü parkında qalması ilə bağlı xəbərin doğru və ya yalan olmasından qıraq, bildirməliyik ki, koronavirus xəstəliyinin yayılmasının pik dövründə başlayan və bu bəhanə ilə sərnişinlərin gediş-gəlişi üçün quru sərhədlərinin bağlanması İranı turist və ya müalicə məkanı kimi seçən Azərbaycan Respublikasının digər vətəndaşları üçün də oxşar problemlər yarada bilər. İran İslam Respublikası xüsusilə hazırkı hökumət qonşuluq siyasətinə əsaslanaraq qonşuları, xüsusən də şimal qonşusu Azərbaycan Respublikası ilə əlaqələri genişləndirməyə çalışır. İranda azərbaycanlı turistləri qarşılamaq, turist və tibbi xidmət göstərmək üçün bütün lazımi imkanlar və platformalar mövcuddur. Şübhəsiz ki, qonşu ölkələrin vətəndaşlarına daha aşağı qiymətə, daha yüksək imkanlara və standartlara malik xidmətlər göstəriləcəkdir.




Bunu da deyək ki, bəzən əcnəbilərin qonşu ölkədəki təsiri və işlərin pozulması nəticəsində Bakı mətbuatında İranın tibb müəssisələri və imkanları ilə bağlı düzgün olmayan və qərəzli məlumatlar dərc olunur. Təbii ki, bunlar kökündən yalandır və onun düzgün olmaması Azərbaycan vətəndaşlarının müalicə və səyahət üçün İrana daha çox gəldikləri illərdə sübuta yetib. Ümid edirik ki, Azərbaycan hökumətinin yaratdığı əngəllər tezliklə aradan qalxacaq və bir daha İranda azərbaycanlı qardaş-bacıların və ailələrin varlığının şahidi olacağıq.
  • Yazılıb
  • da (də) 2023 Dec 07
  • Göndərən رضا رستمی
Açar sözlər