Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Ararat Mirzoyan ABŞ Dövlət katibi Antoni Blinkenin dəvəti ilə Vaşinqtonda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirməyə hazır olduğunu bildirib
arannews:parstoday-Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Ararat Mirzoyan ABŞ Dövlət katibi Antoni Blinkenin dəvəti ilə Vaşinqtonda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirməyə hazır olduğunu bildirib. "Aran Radiosu Report"-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ararat Mirzoyan bununla bağlı razılığını ABŞ Dövlət Departamentinin Qafqaz üzrə müşaviri Lui Bono ilə görüşündə ifadə edib.
"Tərəflər regional təhlükəsizlik və sabitliklə bağlı məsələlərə toxunublar. Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində son hadisələrə və sülh müqaviləsi layihəsinə tərəflərin yanaşmaları müzakirə edilib. Ermənistan tərəfi Vaşinqtonda Azərbaycanın xarici işlər naziri ilə görüşün keçirilməsinə dair ABŞ-ın təklifinə müsbət cavab verib”, - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin noyabrın 15-də keçirilən iclasında Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki hərəkətlərini pisləyib. o demişdir Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh prosesində irəliləyiş əldə olunmasa ABŞ-ın Aaərbaycanla əlaqələri keçmişdəki kimi davam edə bilməz.
Bunun ardınca Azərbaycan XİN və Milli Məclisi Ceyms O'Brayen simasında ABŞ-a qarşı sərt bəyanatlar səsləndirdilər.
Qeyd edək ki, ABŞ Qafqaz regionu ölkələrinin işlərinə müdaxilə səylərinə uyğun olaraq Azərbaycan Respublikası ilə Ermənistan arasında sülhə nail olmağa çalışdığını iddia edir.