Tarix : 2023 Dec 08
Kod 64317

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib

Azərbaycan Respublikasının Prezidenti bu ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
arannews:parstoday-Fevralda Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Bu xəbərə görə,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

 61 yaşlı Əliyev sonuncu dəfə 2018-ci ildə daha 7 il müddətinə Azərbaycan Respublikasının prezidenti vəzifəsinə seçilib.

  • Yazılıb
  • da (də) 2023 Dec 08
  • Göndərən رضا رستمی