Azərbaycan Respublikasının Prezidenti bu ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
arannews:parstoday-Fevralda Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu xəbərə görə,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.
61 yaşlı Əliyev sonuncu dəfə 2018-ci ildə daha 7 il müddətinə Azərbaycan Respublikasının prezidenti vəzifəsinə seçilib.