Tarix : 2023 Dec 09
Kod 64324

Abdullahiyan və Fələstin İslami Cihad Hərəkatının Baş katibi arasında telefon danışığı

Ölkəmizin Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan və Fələstin İslami Cihad Hərəkatının Baş katibi Ziyad Nəxale telefon danışığında Fələstində baş verən son hadisələri müzakirə ediblər.
arannews:irna-Ölkəmizin Xarici İşlər naziri bu telefon danışığında Ziyad Nəxaleyə Fələstin xalqına dəstək üçün Ərəb, İslam və İran İslam Respublikasının son diplomatik addımları, o cümlədən İran İslam Respublikası Prezidenti ilə Rusiya Prezidenti arasında Moskvada keçirilən danışıqlar barədə məlumatlandırıb.

Fələstin İslami Cihad Hərəkatının Baş katibi də İslam-Ərəb səyləri və İran İslam Respublikasının göstərdiyi səylərə görə təşəkkür etməklə yanaşı, bu sahədə son hadisələr və Fələstin müqavimət qruplarının sionist rejimin vəhşi hücumları ilə qarşılaşmaq və Qəzzə xalqını müdafiə etmək üçün tam hazır olduqları barədə məlumat təqdim edib.
  • Yazılıb
  • da (də) 2023 Dec 09
  • Göndərən رضا رستمی
Açar sözlər