Ölkəmizin xarici işlər naziri Əmir Abdullahian ilə Fələstin İslami Müqavimət Hərəkatı - HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Haniyə arasında telefon danışığında Fələstindəki son siyasi və meydan prosesləri və sionist rejimin Qəzza zolağına davam edən qəddar təcavüzü müzakirə və təhlil edilib.
arannews:irna- Hüseyn Əmir Abdullahian bu söhbətdə Fələstin İslami Müqavimət Hərəkatının siyasi ofisinin rəhbərini İslam və Ərəb ölkələri və İran İslam Respublikasının beynəlxalq arenada Fələstin xalqının dəstəklənməsi, sionist rejimin hərbi cinayətlərinin pislənməsi və Qəzza və İordan çayının qərb sahilində vətəndaşları vəhşicəsinə qətlə yetirilməsinin dayandırılması uğrunda atılan son diplomatik addımları və hərəkətləri müzakirə edib.
Ölkəmizin xarici işlər naziri Birləşmiş Millətlər Təşkilatının Baş katibinin BMT Nizamnaməsinin 99-cu maddəsinə əsaslanaraq Təhlükəsizlik Şurası ilə yazışmalarını yüksək qiymətləndirmiş və bunu dünyada sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində nadir və dəyərli addım kimi qiymətləndirmişdir.
Doktor Əmir Abdullahian Qəzza böhranını ölkəmizin prezidenti Rəisi ilə Rusiya prezidenti Vladimir Putinin danışıqlarının mühüm mövzularından biri adlandırıb və vurğulayıb: İran və Rusiya prezidentləri arasında Fələstin məsələsi ilə bağlı mühüm danışıqlar aparılıb.
HƏMAS hərəkatının siyasi ofisinin rəhbəri İsmayıl Haniyə də İran İslam Respublikasına Fələstin xalqını dəstəkləməkdə məlum və sabit mövqelərinə və İslam Respublikasının regional və beynəlxalq arenada sionistlərin Fələstin xalqına qarşı cinayətlərinə son qoyulması üçün geniş diplomatik səylərinə görə təşəkkür edərək Qəzzadakı son vəziyyəti şərh edib və sionist rejimin davam edən cinayətlərindən və dinc sakinlərin öldürülməsindən bəhs edib.
İsmayıl Həniyə vurğulayıb: Allahın köməyi ilə sionist cinayətləri dayandırılana və Fələstinin işğalı tamamilə aradan qaldırılana qədər müqavimət davam edəcək.