İran İslam Respublikasının xarici işlər naziri Moskvada İran və Rusiya prezidentləri arasında 5 saatlıq məsləhət və dialoqa toxunaraq deyib: Müzakirələrin mühüm hissəsi Fələstin məsələsi üzərində cəmlənib.
arannews:irna-İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian virtual aləmdə şəxsi səhifəsində Ayətullah Rəisinin Moskvaya bir günlük səfəri haqqında yazıb: Cümə axşamı, 7 dekabr 2023-cü il, Moskvaya qısa səfər zamanı Kremldə beş saat ərzində İran və Rusiya prezidentləri arasında, danışıqlar və mühüm işgüzar görüş baş tutub.
O, davam edib: Danışıqların mühüm bir hissəsi Fələstin məsələsinə yönəldi. Tərəflər Qəzza zolağı və İordan çayının qərb sahilində müharibə və soyqırımı dərhal dayandırmağın, Qəzza sakinlərinin məcburi köçünün dayandırılmasının və bütün Qəzzaya kütləvi humanitar yardım göndərilməsi üçün dərhal Rəfah sərhədinin açılmasının vacibliyini vurğulayıblar.
Əmir Abdullahian Rəisi ilə Putin arasındakı 5 saatlıq müzakirənin mövzularını açıqlayıb
Əmir Abdullahian bununla bağlı vurğulayıb: Rusiya təşəbbüs göstərmək haqqında düşünür.
Ölkəmizin diplomatik xidmətinin rəhbəri müzakirə olunan digər mövzular barədə qeyd edib: İkitərəfli əlaqələr, o cümlədən bank-maliyyə məsələləri, tranzit, dəmir yolu, elektrik stansiyaları əməkdaşlığı, kənd təsərrüfatı, enerji, elm, akademik, texnologiya, turizm, sənaye və s.) və regional və beynəlxalq əməkdaşlıq hər iki prezident tərəfindən diqqətə alınmış və müzakirə edilmişdir.