ABŞ-ın sionist rejimi dəstəkləmək və Qəzzədə atəşkəs qətnaməsinə veto qoyması ardınca beynəlxalq insan haqları qurumları və müxtəlif ölkələr bu addıma ciddi reaksiya veriblər.
arannews:parstoday-Amnesty International beynəlxalq hüquq-müdafiəsi təşkilatı BMT Təhlükəsizlik Şurasının Qəzzədə atəşkəsin bərqərarına dair ilkin qətnaməsini rədd edilməsində ABŞ-ın təxribatçı hərəkətini tənqid edərək bildirib ki, Amerikanın atəşkəs qətnaməsinə veto qoyması Qəzzədə sivil insanlara qarşı qəddar və zalımcasına addımdır və bu günahsız əhalinin əziyyət çəkməsinə səbəb olur. Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Dmitri Polyanski deyib ki, şuranın fəaliyyətsizliyi Qəzzada geniş dağıntılara və humanitar fəlakətə səbəb olub.
O, çıxışında deyib, “Amerika diplomatiyası bir daha viran qalmış yerlər, külə çevrilmiş ərazilərə səbəb oldu”
Rusiyalı diplomat həmçinin deyib ki, “Həmkarlar! Siz bir daha atəşkəsə mane yaratsanız, bunun hesabatını öz xalqlarınıza necə verəcəksiniz?”.
Fransanın nümayəndəsi Nikolas de Rivyer isə, deyib ki, “bu şura yenə də məğlubiyyətə uğradı”.
O daha sonra bildirib ki, Fransa Qəzzədə baş verən insan faciəsindən dərin narahatdır və buna görə də Fransa bu qətnamənin lehinə səs verib.
Fransa nümayəndəsi açıqlamasında şurada yekdil qərar və birlik olmadığına görə və şuranın müzakirələrdə öz öhdəliyini lazımınca yerinə yetirə bilməməsi üçün iflasa sürüklənib.
Qeyd edək ki, Qəzzədə atəşkəsin bərqəraına veto qoyulması ardından İslami Müqavimət Hərəkatı HƏMAS bəyanat yayaraq, bu addımı qətiyyətlə pislədiyini və Amerikanın hərəkətinin həyasızcasına olduğunu və qeyri-insanlığa sığdığını bildirib.
Bu səsvermədən sonra qatil İsrail rejimin nümayəndəsi Gilad Erdan “X” hesabında Co Bayden administrasiyasına "İsrailə verdiyi qəti dəstək" üçün təşəkkür edib.