Tarix : 2023 Dec 11
Kod 64329

Prezident: “Əl-Əqsa Tufanı” müqavimət sisteminin sərhədlərini bölgədən bütün dünyaya genişləndirdi

Prezident “Əl-Əqsa Tufanı” əməliyyatının müqavimət sisteminin sərhədlərini bölgədən bütün dünyaya genişləndirdiyini bəyan edərək deyib: “İraq, Suriya, Yəmən və Livan xalqları Amerika və onun müttəfiqlərinə qalib gəldiyi kimi, Fələstin xalqının da bu cəbhədə qalib gələcəyinə şübhəmiz yoxdur.”
arannews:irna-doktor Seyid İbrahim Rəisi şənbə günü axşam saatlarında Suriyanın Baş naziri Hüseyn Arnus ilə görüşündə İran İslam Respublikası ilə Suriya arasındakı münasibətləri köklü və strateji xarakterli adlandırıb, cari ilin may ayında Dəməşqə səfəri zamanı bu ölkənin Prezidenti cənab Bəşər Əsədlə əldə edilmiş razılaşmaların əhəmiyyətli hissəsinin həyata keçirilməsindən məmnunluğunu ifadə edib.

Prezident dünyanın ictimai rəyində sionist rejim və onun müttəfiqlərinə qarşı misli görünməmiş qəzəb və nifrəti İran İslam Respublikasının son 43 ildə bu rejimi saxta və cinayətkar kimi qiymətləndirərək tutduğu mövqenin düzgünlüyünün əlaməti hesab edib, Əl-Əqsa Tufanı əməliyyatının müqavimət sisteminin sərhədlərini bölgədən bütün dünyaya genişləndirdiyini bəyan edərək deyib: “İraq, Suriya, Yəmən və Livan xalqları Amerika və onun müttəfiqlərinə qalib gəldiyi kimi, Fələstin xalqının da bu sahədə qalib gələcəyinə şübhəmiz yoxdur.”

Suriyanın Baş naziri Hüseyn Arnus bu görüşdə İran İslam Respublikası Prezidentinin Dəməşqə səfərini iki ölkə arasında tarixi və strateji əlaqələrdə dönüş nöqtəsi kimi dəyərləndirib, bu səfərin, xüsusən də maliyyə, bank, enerji, turizm və ticarət sektorlarında əldə olunan razılaşmaların nəticələrinə nail olunmasını Tehran və Dəməşqin yüksək rütbəli rəsmilərinin qarşılıqlı əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində çalışqanlığı və ciddiliyinin əlaməti adlandırıb.
 
  • Yazılıb
  • da (də) 2023 Dec 11
  • Göndərən رضا رستمی