Sionist rejim məmuru fələstinli əsirləri insan hesab etməyib və onların diri-diri basdırılmağa layiq olduğunu bildirib.
arannews:parstoday-İngiltərənin “Middle East Eye” xəbər portalının verdiyi məlumata görə, işğal altında olan Qüds merinin müavini Arye Kinq X (keçmiş Twitter) hesabında Qəzzədəki fələstinli əsirlərin fotosunu paylaşıb və onların diri-diri basdırılmasını tələb edib. Qaniçən rejim yetkilisi yazıb: “Qərar verən mən olsaydım, buldozerlərə bu qarışqaları diri-diri basdırmağı əmr edərdim.”
Fələstinli əsirləri heyvan adlandıran sionist məmur onları diri-diri basdırmağa layiq hesab edib.