Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycan Respublikası ilə sülh sazişinin 70 faiz həddində razılaşdırıldığını vurğulayıb.
arannews:parstoday-Armen Qriqoryan deyib: “Biz nəinki Qarabağ ermənilərinin geri qaytarılması məsələsində razılığa gəlmişik, hətta başqa məsələlər də var. Əlbəttə razılaşdırılmamış məqamlar da var və düşünürəm ki, xarici işlər nazirlərinin yaxın gələcəkdə gözlənilən görüşü bütün məsələlər üzrə həll yollarını axtarmaq və tapmaq üçün fürsət olacaq”. Onun sözlərinə görə, Ermənistan həll yollarını axtarmağa və sülh sazişini başa çatdırmağa hazırdır və rəsmi İrəvan təkliflərə cavab verib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, sülh müqaviləsinin 70 faizi razılaşdırılıb və siyasi iradə olarsa, çox qısa müddətdə imzalana bilər.