İbranidilli media orqanı etiraf edib ki, İsrail ordusu Qəzzə zolağında həftələrlə davam edən döyüşlərdən sonra bölgədə heç bir real strateji nailiyyət əldə etməyib.
arannews:parstoday-Yediot Ahronot qəzetinin hərbi məsələlər üzrə analitiki Yossi Yehoşua bununla bağlı bildirib ki, bu gün İsraildə aparılan təhlillərin əksəriyyəti İsrail ordusunun heç bir nəticə əldə edə bilmədiyi faktı ətrafında cərəyan edir. Sionist analitikin fikrincə, Qəzzə zolağında quru irəliləyişinə baxmayaraq, İsrail ordusu Qəzzə zolağının şimalında bir neçə bölgəyə tam hakim ola bilməyib.
O, əlavə edib: Qəzzə müharibəsini bir cümlə ilə yekunlaşdırmaq olar: indiyədək HƏMAS-a qarşı bir neçə taktiki qələbə əldə olunub, lakin heç bir strateji qələbədən xəbər yoxdur.