Tarix : 2023 Dec 12
Kod 64337

Qərb Kiyevə silah verməsin və yeni ərazi reallıqları qəbul edilsin

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi “Frans Press” (AFP) agentliyinə Ukrayna ilə sülhün şərtlərini açıqlayıb.
arannews:parstoday-Mariya Zaxarova deyib: “Ukraynada davamlı sülh o zaman mümkündür ki, Qərb Kiyevə silah ötürməyi dayandırsın və ölkə rəhbərliyi yeni ərazi reallıqlarını qəbul etsin”.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Moskva danışıqlara açıqdır, lakin hazırda danışıqları aparmaq üçün Kiyevdə və ya Qərbdə siyasi iradə görmür.

Diplomat qeyd edib ki, Ukrayna Rusiyanın təslim olmasında israrlıdır, lakin belə şərtlərə əsaslanaraq, Moskva Ukrayna rəhbərliyindən heç kimlə danışmayacaq.

  • Yazılıb
  • da (də) 2023 Dec 12
  • Göndərən رضا رستمی