Tarix : 2023 Dec 13
Kod 64342

Bayden: İsrail beynəlxalq dəstəyi itirir - Netanyahu kabineti dəyişməlidir

ABŞ prezidenti Co Bayden etiraf edib ki, İsrail rejimi Qəzza zolağının fərq qoymadan, genişmiqyaslı bombardmanları və minlərlə fələstinli mülki vətəndaşın öldürülməsi səbəbindən beynəlxalq ictimaiyyətin dəstəyini itirir.
arannews:irna-ABŞ prezidenti Co Bayden yerli vaxtla çərşənbə axşamı Vaşinqtonda Demokratların maliyyə dəstəkçiləri qarşısındakı çıxışında əlavə edib: “İsrail minlərlə fələstinli dinc sakinin ölümünə səbəb olan Qəzzanı heç bir fərq qoymadan bombalaması ilə beynəlxalq ictimaiyyətin dəstəyini itirir.”

2024-cü ildə keçiriləcək prezident seçkilərinə namizəd olan ABŞ-ın 81 yaşlı prezidenti Vaşinqtonda pul toplama tədbirində vurğulayıb: “Onlar bu dəstəyi itirməkdədirlər.”

ABŞ prezidenti həmçinin deyib: “Netanyahu İsrail-Fələstin münaqişəsinin uzunmüddətli həllini tapmaq üçün kabinetini gücləndirməli və dəyişiklik etməlidir.”

Bayden qeyd edib ki, hazırkı kabinet ən ekstremaldır və iki dövlətli həll yolunu istəmir. Netanyahu gələcəkdə Fələstin dövlətinin yaranmasına yox deyə bilməz. Netanyahu çətin bir qərar verməlidir.

  • Yazılıb
  • da (də) 2023 Dec 13
  • Göndərən رضا رستمی