Sionist rejimin informasiya ofisi çərşənbə axşamı bildirib: “Qəzzada cəmi 135 israilli əsirdən 19 nəfəri öldürülüb.”
arannews:parstoday-bu əsirlərin hamısı sionist rejim ordusunun bombardmanları nəticəsində ölüblər. Bununla bağlı sionist rejim ordusunun sözçüsü Daniel Hagari Qəzzada 135 nəfərin əsirlikdə olduğunu təsdiqəyərək deyib: “Hələ də HƏMAS-ın əlində olan bu əsirlərin geri qaytarılması üçün təhlükəsizlik səylərini davam etdiririk.”
Sionist rejim ordusu Qəzzə zolağına qarşı müharibənin əvvəlindən bu hücumun əsas məqsədinin müqavimətin əlində olan sionist əsirləri qaytarmaq və HƏMAS-ı məhv etmək olduğunu bildirdi, amma 48 gündən sonra müvəqqəti atəşkəsə razılaşmağa və HƏMAS-la danışıqlar yolu ilə bəzi əsirləri fələstinli əsirlər qarşısında azad etməyə məcbur oldu.
Sionist rejim daha sonra Qəzzaya qarşı müharibənin yenidən başlaması ilə elan etdi ki, bu hücumun məqsədi digər sionist əsirlərin azad edilməsi üçün HƏMAS hərəkatına təzyiq göstərmək və bu hərəkatı məhv etməkdir, lakin HƏMAS da elan etdi ki, sionist əsirlər daimi və sabit atəşkəs əldə olunmayana qədər azadlığa buraxılmayacaqlar.
Sionist rejimin Qəzzə zolağına qarşı müharibəsinin bərpası və bu bölgənin müxtəlif bölgələrinin geniş şəkildə bombalanması zamanı sionist rejimin bir neçə əsiri də ölüb.
Sionist rejim ordusu həmçinin Qəzza zolağında bir sionist əsiri azad etmək üçün keçirdiyi xüsusi əməliyyatın uğursuzluğa düçar olduğunu açıqlayıb.
Əl-Qəssam Briqadaları İsrail ordusunun bu əməliyyatının məğlubiyyətə uğradığını və sionist əsirlərlə birlikdə bir neçə sionist əsgərin öldüyünü və yaralandığını bildirdi.