arannews:parstoday-Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması realdır. Aran Radiosu "Report”-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə deyib.
Onun sözlərinə görə, Ermənistan regionda kommunikasiyaların açılması üçün effektiv və konkret addımlar atmağa hazırdır: “30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır və bu gün biz regionda nəqliyyat kommunikasiyalarının açılmasının mümkünlüyü barədə çox danışır və müzakirə edirik”.
Həmçinin Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Parlamentdə çıxışı zamanı deyib Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh üçün “fürsət qapısı” açılıb.
“Bizim gözləntilərimiz ondan ibarətdir ki, Ermənistan digər ölkələrlə deyil, qonşuları ilə əməkdaşlıq mövqeyindən çıxış edəcək", - deyə Gülər bildirib.
Qeyd edək ki, Ermənistan və Azərbaycan Respublikası iki ölkə arasında son vaxtlar imzalanmış sazişə uyğun olaraq hərbi əsirlərin mübadiləsini həyata keçirib.