Tarix : 2023 Dec 15
Kod 64352

SEPAH komandiri: Heç kimin İran xalqına və torpağına xor baxmağa cürəti yoxdur

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı deyib: “Hazırkı zamanda heç kimin İran xalqına, torpağına, dininə, mədəniyyətinə xor baxmağa cürəti yoxdur.”
arannews:irna-general-mayor Hüseyn Səlami cümə axşamı Təbrizin Purşərifi İdman Salonunda keçirilən Şərqi Azərbaycanın 10 min şəhidinin anım mərasimində deyib: “İslami İranın bu iqtidarı şəhidlərin əbədi mirasıdır. Onlar İran xalqı ilə birlikdə İranın tarixinin, sivilizasiyasının və əzəmətinin yaradıcılarıdırlar.”

O, əlavə edib: “Şəhidlər bizim varlıq, yaşamaq və həyatımızın təminatının səbəbi və möhkəm qayalarımızdır ki, bu torpaq onların peykərləri üzərində dayanmışdır.”

General Səlami şəhid ailələri haqda deyib: “Şəhid ailələri fədakarlığın ən gözəl təzahürlərini göstərən səbir və dözüm dağlarıdır. Onlar İran xalqının gözü, işığı və gözünün nurudur. Onların sayəsində İran başıuca, güclü, qürurlu, sevimli və etibarlı bir ölkəyə çevrilmişdir.”

SEPAH komandanı deyib: “Şəhidlər bizi izzət ucalıqlarının zirvəsinə çatdırdılar və indi dünyanın hər yerində siyasətçilər və şəxsiyyətlərlə söhbət edəndə İrandan hörmətlə danışırlar.”

  • Yazılıb
  • da (də) 2023 Dec 15
  • Göndərən رضا رستمی