Britaniyanın Ambrey Şirkəti (Qlobal Dəniz Riskinin İdarə Edilməsi) Qırmızı dənizdə Liberiya bayrağı altında üzən gəmiyə hava hücumu edilməsi barədə xəbər verib.
arannews:irna-Britaniyanın Ambrey Dəniz Şirkəti cümə günü verdiyi açıqlamada, Liberiya bayraqlı ticarət gəmisinin Babül-Məndəb boğazından keçərkən hədəf alındığını bildirib. Gəminin bəzi hissələrinin alovlandığı, konteynerlərdən birinin dənizə düşdüyü bildirilir. Ambreyin məlumatına görə, Hapag şirkətinə məxsus bu gəmi Yəmənin Moxa limanı yaxınlığında Qırmızı dənizin cənubunda Babül-Məndəb boğazından keçərkən hücuma məruz qalıb.
Britaniya şirkəti gəmiyə hücuma görə Yəmən qüvvələrinin məsuliyyət daşıdığını müəyyən edib. Hələlik heç kim bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) həmçinin gəmiyə kiçik bir Yəmən gəmisindən istiqamətini Yəmənə doğru dəyişməsi barədə göstəriş verən xəbərdarlıq mesajı aldığını açıqlayıb.
Bu hesabata əsasən, Yəmən müqavimət hərəkatı İsrail gəmilərinə qarşı hücumlarını davam etdirəcəklərini açıqlayıb.