arannews:parstoday-Roma Papası Fransisk Təl-Əviv rejiminin Qəzzədə terror taktikalarından istifadə etdiyi, o cümlədən İsrail hərbçilərinin kilsə binasına sığınan iki xristian qadını öldürməsi xəbərindən təəssüfləndiyini bildirib. Papa deyib: “Qəzzədən çox ciddi və ağrılı xəbərlər almağa davam edirəm. Silahsız mülki şəxslər bomba və atışmaların hədəfindədir. Bu, hətta ailələrin, uşaqların, xəstələrin, əlillərin, rahibələrin olduğu kilsə kompleksində baş verib. Bəziləri deyəcək: Bu, müharibədir. Lakin İsrailin terrorla məşğul olması heç kəsə sir deyil”.