arannews:parstoday-Fələstin müqaviməti qarşısında aciz vəziyyətlərini izah etməkdən çəkinməyən sionist zabit Erez Eşelin universitetdəki çıxışında İsrail xalqının soyqırımdan sonra belə bir böhran görmədiyini və 1300-dən çox İsrail əsgərinin öldüyünü bildirib. O deyib: “Hər 5 dəqiqədə bir İsrail əsgəri döyüşlərdə həyatını itirir. Bu gün Qəzzəyə gedəcəyəm, mən də öldürüləcəm”.
Qeyd edək ki, İsrail ordusu Qəzzə zolağında itkilərinin sayını ciddi şəkildə gizlədir.
Bu istiqamətdə İsrail ordusu HƏMAS-la toqquşmalarda yalnız 458 hərbçisinin öldüyünü iddia edir.
Digər tərəfdən sionist rejimin ordusu etiraf edib ki, Xan Yunisdə HƏMAS-la müharibə üçün bir neçə aylıq müharibə lazımdır
İsrail Ordusunun Radiosu ordudakı məlumatlı mənbələrə istinadən bu məlumatı yayıb.