İran İslam Respublikasının yol və şəhərsalma nazirinin müavini Rəşt-Astara dəmiryolunun inşasına tezliklə başlanacağını bildirib.
arannews:parstoday-Şəhriyar Əfəndizadə bu haqda deyib: “Əldə olunan razılaşmaya əsasən, biz bu layihəni 2024-cü ilin əvvəlindən, təxminən ay yarımdan sonra həyata keçirməyə başlayacağımıza ümid edirik”. Əfəndizadə onu da qeyd edib ki, Rəşt-Astara dəmir yolunun 162 kilometrlik hissəsi hazırda İslam Respublikasında ən mühüm dəmir yolu layihəsidir.
Mayın 17-də Rusiya və İran “Şimal-Cənub” layihəsi çərçivəsində Azərbaycan və İran arasında Fars Körfəzi limanlarına keçidi təmin edəcək Rəşt-Astara dəmir yolunun birgə tikintisinə dair saziş imzalayıblar. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur.
Dəhlizin tikintisinə 1,3 milyard avro məbləğində dövlətlərarası kredit ayrılacaq.